Norveçin Stavaqner bələdiyyəsinin başçısı Kari Nessa Nordtun Müdafiə Nazirliyindən regionda neft və qaz obyektlərinin monitorinqi üçün NATO mərkəzinin yerləşdirilməsini xahiş edib.
Qaynarinfo bu barədə "Dagsavisen"ə istinadən xəbər
verir.
O, bu istəyini müdafiə naziri Byorn Arild Qrama yazdığı məktubda bildirib: "Milli hakimiyyət orqanları özləri təcililiyin dərəcəsini qiymətləndirməlidirlər, lakin Ukraynadakı müharibə təbii olaraq bu məsələni gündəmə gətirir. Məhz Stavangerin enerji paytaxtı kimi mövqeyinə görə müdafiə nazirinə sorğu göndərdik".
"Bu ehtiyacın səbəbi bələdiyyənin məsuliyyətindən kənardır, ona görə də cavabı mərkəzi orqanlar verməlidir. Fikrimizcə, söhbət həm Norveç, həm də Avropa üçün kritik infrastruktura nəzarətdən gedir. İnfrastrukturun monitorinqi zərurəti zəruri nəzarətin təmin edilməsi üçün bir şərtdir".
Nordtunun sözlərinə görə, bələdiyyə hələ ki, regionda monitorinq mərkəzinin harada olması barədə qərar verməyib.
Onun müdafiə nazirinə göndərdiyi məktuba əlavədə kritik hesab edilən regional obyektlərin siyahısı yer alıb.
Stavangerdə artıq NATO qurumu olan Birgə hərbi mərkəz fəaliyyət göstərir ki, onun funksiyalarından biri də təlimlərin təcrübəsini ümumiləşdirməkdir. Mərkəz 2003-cü ilin oktyabrında fəaliyyətə başlamış və 2006-cı ilin iyununda tam əməliyyat imkanları əldə etmişdir.
Nizami Bağırov