Xəbər lenti

Novorossiyskdə xüsusi əməliyyat: Ukrayna suüstü dronla Rusiya gəmisini sıradan çıxardı (VİDEO)
Dünya08:10 04.08.2023

Novorossiyskdə xüsusi əməliyyat: Ukrayna suüstü dronla Rusiya gəmisini sıradan çıxardı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna təhlükəsizlik xidməti Novorossiysk körfəzində xüsusi əməliyyat keçirib, suüstü dron "Oleneqorski qornyak” böyük desant gəmisini zədələyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ukrainska pravda” SBU-da olan mənblərə istinadən məlumat yayıb.
"Video 450 kiloqram pratlayıcı maddı ilə yüklənmiş SBU suüstü dronunun 100-ə yaxın ekipaj üzvü olan düşmən gəmisinə necə hücum etdiyini göstərir", - SBU-dan bildiriblər. 
Təhlükəsizlik xidmətindəki mənbələr xüsusi əməliyyatın Hərbi Dəniz Qüvvələri ilə birlikdə həyata keçirildiyini qeyd edirlər. Hücum nəticəsində "Oleneqorski qornyak” gəmisində böyük deşik yaranıb və o, döyüş tapşırıqlarını yerinə yetirə bilmir. "Buna görə də rusların "dəf edilmiş hücum”la bağlı bütün açıqlamaları saxtadır”, - mənbə vurğulayıb.
SBU xatırladır ki, bu, SBU-nun suüstü dronlardan istifadə etməklə həyata keçirdiyi ilk uğurlu xüsusi əməliyyat deyil. Bundan əvvəl SBU-nun rəhbəri Vasili Malyuk bildirib ki, ötən ilin oktyabrında Sevastopol körfəzində Rusiya gəmilərinə edilən hücum və bu yaxınlarda Krım körpüsünün dağıdılması SBU-nun işidir.
Nizami Bağırov