Xəbər lenti

NTY Trampın buraxdığı səhvlər barədə məlumat yaydı
Dünya12:27 31.10.2023

NTY Trampın buraxdığı səhvlər barədə məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın keçmiş lideri, ölkənin hazırkı prezidenti Co Baydeni parodiya etməyi sevən Donald Trampın özü də seçki tədbirləri zamanı eyni cür səhvlət buraxmağa başlayıb. 
Qaynarinfo xəbər verir ki, "The New York Times”ın (NYT) jurnalistləri buna diqqət çəkib.
Belə ki, oktyabrın 29-da Ayova ştatının Sioux Siti şəhərində siyasətçi Cənubi Dakota ştatının Sioux Falls şəhərindəki tərəfdarlarına səhvən təşəkkür edib. Lakin Tramp yalnız səhv barədə ona məlumat verildikdən sonra düzəliş edib.
"Son həftələrdə prezidentliyə namizəd öz tərəfdarlarını səsverməməyə çağırıb və seçkidə ABŞ-ın keçmiş prezidenti Barak Obamanı məğlub etdiyini iddia edib”, materialda deyilir.
Bundan əlavə, Tramp Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi ilə bağlı şərhlərində dəfələrlə Qəzza zolağına nəzarət edən qrupun adını səhv tələffüz edərkən yaxalanıb. Nəşrin jurnalistləri belə nəticəyə gəliblər ki, Trampın artan ictimai səhvləri Baydenə qarşı onun prezident olmaq üçün çox qoca olması ilə bağlı arqumentin həyat qabiliyyətini təhlükə altına qoyur.
Bundan əvvəl Tramp səhnədə azan Baydeni parodiya edib.
Alpər