Xəbər lenti

Nümayəndələr Palatası Baydenin impiçmenti məsələsini qaldıracaq - "Reuters"
Dünya07:51 12.12.2023

Nümayəndələr Palatası Baydenin impiçmenti məsələsini qaldıracaq - "Reuters"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının çərşənbə günü prezident Co Baydenə qarşı impiçment prosesinin rəsmiləşdirilməsi üçün səsvermə keçirəcəyi gözlənilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi respublikaçı liderin adının açıqlanmasını istəməyən köməkçisinə istinadən xəbər verir.
Köməkçi səsvermə ilə bağlı planların yekun olmadığından anonimlik şərti ilə danışıb. 
Daha əvvəl, bazar ertəsi respublikaçı konqressmənlərdən biri, Nümayəndələr Palatasının spikeri Mayk Consonun cümə axşamı günü qapalı iclasda səsvermə planlarını açıqladığını bildirib. 
Nümayəndələr Palatasının cümə axşamı günü üç həftəlik tətilə çıxması planlaşdırılır.
Palatanın respublikaçıları prezident Bayden və ailəsini onun 2009-2017-ci illərdə prezident Barak Obamanın dövründə vitse-prezident kimi qəbul etməsinə kömək etdiyi siyasi qərarlardan qeyri-qanuni faydalanmaqda ittiham edirlər. Onlar həmçinin Ədliyyə Nazirliyini Bayden barədə istintaqa qeyri-qanuni müdaxilə etməkdə ittiham edirlər.
Bundan əlavə, ABŞ Ədliyyə nazirliyi Baydenin oğlu, iş adamı Hanter Baydenə qarşı aparılan istintaqa qeyri-qanuni müdaxilədə ittiham olunur. Ədliyyə Nazirliyi ittihamları rədd edir.
Nizami Bağırov