ABŞ Konqresinin Nümayəndələr Palatasında qanunvericilər arasında istefa verənlərin sayı son 12 ildə rekord həddə çatıb.
Poluqon xəbər verir ki, bu barədə "The Wall Street Journal" "Ballotpedia"ya istinadən məlumat verib.
6 Demokrat və 6 Respublikaçı nümayəndə noyabr ayında Konqresdə xidmətlərinə davam etməyəcəklərini bildiriblər ki, bu, 2011-ci ildən bəri hər hansı bir ay üçün ən yüksək rəqəmdir.
Nəşr hesab edir ki, hadisələrin bu inkişafı respublikaçıların hökumət xərcləri ilə bağlı "ağrılı partiyadaxili mübarizəni" davam etdirmələri ilə bağlıdır.
WSJ xatırladır ki, oktyabr ayında sərt xətt tərəfdarları spiker Kevin Makkartini uğurla devirib və onun varisi Mayk Consonu tənqid ediblər.
Aydın