Xəbər lenti

Nümayəndələr Palatasının spikeri üçün ilk səsvermə uğursuz oldu
Dünya05:30 18.10.2023

Nümayəndələr Palatasının spikeri üçün ilk səsvermə uğursuz oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerika Birləşmiş Ştatlarında Nümayəndələr Palatasının yeni spikeri üçün ilk səsvermə uğursuz olub.
Qaynarinfo bu barədə CNN-ə istinadən xəbər verir.
Çərşənbə axşamı, oktyabrın 17-də keçirilən iclasda Nümayəndələr Palatasının spikeri vəzifəsinə Respublikaçılar Partiyasından namizəd Cim Cordan səs toplaya bilməyib.
Bununla belə, o, 200, Nümayəndələr Palatasında azlığın lideri Hakim Cefris isə 212 səs toplayıb.
Daha 20 respublikaçı Cordanın əleyhinə səs verib.
Cordan spikerliyi qazanmaq üçün Nümayəndələr Palatasının respublikaçı həmkarlarından üçü istisna olmaqla hamının səsini almalıdır. Lakin ilk səsvermə zamanı 20 respublikaçı Cordanın əleyhinə səs verib.
Xatırladaq ki, oktyabrın 3-də ABŞ Nümayəndələr Palatası spiker Kevin Makkartini istefaya göndərib. Qərarı 8-i respublikaçı, 208-i demokrat olmaqla, 216 nəfər dəstəkləyib. 210 respublikaçı bunun əleyhinə səs verib. Bu vəzifə hazırda boşdur. Respublikaçı Patrik Makhenr müvəqqəti olaraq spiker vəzifəsini icra edir. 
Nizami Bağırov