Hökuməti asayiş keşikçilərinə etirazçılara qarşı güc tətbiq etməmək göstərişi verib
Səhər saatlarında Tailand hökuməti asayiş keşikçilərinə etirazçılara qarşı güc tətbiq etməmək göstərişi verib. Bundan sonra yüzlərlə etirazçı Hökumət Binasına daxil olaraq, fit çalmağa və simvolik qələbəni qeyd etməyə başlayıblar.
Ekspertlər Tailandın Baş naziri Yinqlak Şinavatranın öz strategiyasını dəyişməsini onun etirazçılarla toqquşmalardan yayınmaq cəhdi kimi qiymətləndirirlər. Son 1 həftə ərzində Tailandda hökumətin istefası tələbi ilə nümayişlərdə toqquşmalar nəticəsində azı 3 nəfər ölüb, 230-dan çox adam xəsarət alıb.
İndiyədək ən kütləvi aksiyaya 100 mindən çox adam qoşulub.