Xəbər lenti

Nur-Sultanda 100-ə yaxın reys təxirə salındı
Dünya06:32 27.01.2020

Nur-Sultanda 100-ə yaxın reys təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nur-Sultan Hava Limanında 100-ə yaxın beynəlxalq və daxili reys qeyri-müəyyən vaxta qədər təxirə salınıb və ya ləğv edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Sənaye və İnfrastruktur Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb. Uçuşlar pis hava şəraiti səbəbindən dayandırılıb.
Hazırda Qazaxıstan paytaxtında küləyin sürəti saniyədə 20, arabir 24 metrə çatır. Proqnozlara görə, küləyin sürətinin saniyədə 27 metrə çatacağı gözlənilir.
Camal