
Türkiyə Təhsil Nazirliyi yerli seçkilərin ardınca “camaat” məktəblərinə qarşı 81 şəhərin Valiliyinə göndərdiyi yazı ilə ilk addımını atıb.
“Axar.az” Türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə Təhsil Nazirliyi özəl məktəblərdən dövlət təhsil müəssisələrinə keçid prossesində limit şərtini aradan qaldırıb. Keçid balı toplayan bütün tələbələr il sonuna qədər dövlət məktəblərinə keçid edə biləcək.
Nazirliyin Valiliklərə göndərilən yazısında bu fikirlər yer alıb:
"Son günlərdə özəl təhsil müəssisələrində təhsil alan şagirdlərlə bağlı mətbuatda xəbərlərin nəşr olunması və yaşanan neqativ hallarla əlaqəli olaraq oxuduqları özəl məktəblərdən ayrılmaq istəyən şagirdlərin olduğuna dair nazirliyə tələblər daxil olub. Bu hallarla qarşılaşan şagirdlərin kontingent səbəbindən dövlət təhsil müəssisələrinə keçə bilmədiyi üçün onlarda naratlıq müşahidə edilir”.
Qaynar.info