Xəbər lenti

Nurlan Əzizbəyli: “Anama bir şey olsa, gəlib qapını kəsdirəcəklər...”
Sənət12:54 15.02.2022

Nurlan Əzizbəyli: “Anama bir şey olsa, gəlib qapını kəsdirəcəklər...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Anam koronavirusa yoluxub, vəziyyəti də yaxşı deyil. Xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilib. Şəkəri də yüksək olduğundan bir çox orqanları da zədələnib”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Nurlan Əzizbəyli 6 gündür komada olan anasının vəziyyətindən danışarkən deyib.
Müğənni anasının oksigen aparatına qoşulduğunu bildirib:
"Noyabrın 2-dən xəstəxanadadır. Həkimlər əlindən gələni edirlər, deyirlər, ümid Allaha qalıb. Bütün müdaxilələrə baxmayaraq, hələ heç bir ürəliləyiş yoxdur. Dializə və oksigen aparatına qoşulub”. 
Nurlan Əzizbəyli maddi vəziyyətinin həddən artıq pis olduğunu vurğulayıb:
"Mənim imkanım yoxdur. Neçə ildir sənətdəyəm, heç vaxt kiməsə əyilməmişəm. Amma indi maddi vəziyyətim çox pisdir. Çox vaxt gedib anama dəyə də bilmirəm, kəsilə-kəsilə qalıram. Bilmirəm, nə deyim... Sağ olsunlar, dövlətin xəstəxanasındadır, hər bir köməklik edilir. Amma indi vəziyyət bir başqadır, 5-10 manat da olsa köməklik etməsən, xəstənə sənin ürəyin istədiyin kimi baxmırlar. Heç bir yerdən dəstək yoxdur, aylıq məvacibim də çox aşağıdır. Uzun illərdir Dövlət Filarmoniyasında işləyirəm. Aldığım pul heç evə gəlib çatmır. Özüm də əməliyyat olunmuşam, hələ evdən çıxa bilmirəm. Yoldaşım sağ olsun, o gedib-gəlir. Ümid Allaha qalıb”.
Həmkarlarınızdan sizə bir dəstək verən olubmu sualına Nurlan Əzizbəylinin cavabı belə oldu:
"Yox, heç kəs... Hamı bilir və ancaq yazırlar ki, Allah kömək eləsin. Heç kəsə məcbur edə bilməzsən də. Gərək ürəyindən gəlsin ki, edəsən. Dünən biz evdə oturub yoldaşımla onu müzakirə edirdik. İndi hamı soruşur ki, anan necədir? İstədiyim qohum-əqraba, dost-tanış da hər gün anamın səhhəti ilə bağlı məlumat alır. Allah eləməsin, sabah bir şey olsa, gəlib qapını kəsdirəcəklər, onda mən sizi neynirəm? İnsan dar gündə umur”.
Bahar Rüstəmli