Xəbər lenti

Dünya 21:40 19.10.2024

"Nvidia"nın səhmləri daha 40 faiz artacaq - PROQNOZ

Qrafik prosessor istehsalçısı "Nvidia"nın qiymətli kağızlarının qiyməti daha 40% arta bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "MarketWatch" "Bank of America" analitiklərinin proqnozuna istinadən yazır.

"Bank of America" hesablamalarına görə, kotirovkaların hər lot üçün cari qiymətdən 190 dollara qədər böyümə potensialı var. 18 oktyabr cümə günü ticarət zamanı "Nvidia" səhmləri hər səhm üçün 138 dollar səviyyəsində bağlanıb.

"Nvidia" 45%-dən 50%-ə qədər marja ilə sərbəst pul axını artırır. Eyni zamanda, "Möhtəşəm Yeddilik" (ABŞ-ın 7 böyük texnologiya şirkəti: Microsoft, Apple, Nvidia, Amazon, Tesla, Alphabet, Meta) üçün orta göstərici 23%-25% təşkil edir.

Bu yaxınlarda "Nvidia" kapitallaşmasına görə "Microsoft"dan sonra dünyanın ən böyük şirkətləri arasında ikinci yeri tutub. Səhm qiyməti ilk dəfə 138 dolları keçib. Nəticədə GPU istehsalçısının bazar dəyəri 3,39 trilyon dollara çatıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->