Münsiflər heyəti "The New York Times" qəzetini Alabama Universitetinin basketbol komandasının keçmiş oyunçusu Kay Spirsa mənəvi zərərə görə 9,25 milyon dollar təzminat ödəməyə məcbur edib.
Qaynarinfo xəbər verir ki, qəzet 2023-cü ildə universitetdə baş verən atışma barədə dərc etdiyi materialda onun adını səhvən qeyd edib. "The New York Times" bunun 50 ildən sonra böhtanla bağlı məhkəmə işində ilk məğlubiyyəti olduğunu bildirib.
Alabama Universitetinin basketbol komandasının oyunçusu Darius Maylz 2023-cü il yanvarın 15-də kampusun yaxınlığında atəş açıb. Hadisə nəticəsində 23 yaşlı qadın həlak olub, daha bir neçə tələbə yaralanıb.
Həmin ilin martında "The New York Times" hadisə ilə bağlı reportaj dərc edib. Materialın müəllifi anonimlik şərti ilə şahidlərlə danışıb. Jurnalistin həmsöhbətlərindən biri bildirib ki, başqa bir basketbolçu – Kay Spirs atışma zamanı kampusun yaxınlığında dayanmış avtomobildə olub.
Qısa müddət sonra nəşr səhvə yol verdiyini etiraf edib və materialdakı qeyri-dəqiqliyə düzəliş verib.
Buna baxmayaraq, Spirs "The New York Times"ı böhtanda ittiham edib. O, qəzetin bu məlumatla şəxsi həyatına müdaxilə etdiyini və onda güclü emosional sarsıntıya səbəb olduğunu bildirib.
Münsiflər heyəti iddiaçının mövqeyini dəstəkləyib və qəzetin 9,25 milyon dollar təzminat ödəməsinə qərar verib.
"The New York Times" məhkəmə qərarından apellyasiya şikayəti verməyi planlaşdırır.
Aydın
Şərhlər