Xəbər lenti

NYT: HƏMAS liderini öldürən İsrail hərbçiləri ona təsadüfən rast gəliblər
Dünya 15:40 18.10.2024

NYT: HƏMAS liderini öldürən İsrail hərbçiləri ona təsadüfən rast gəliblər

İsrail Müdafiə Qüvvələrinin (İMQ) əsgərləri Qəzza zolağının cənubunda keçirilən əməliyyat zamanı HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarla qarşılaşacaqlarını gözləmirmişlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” (NYT) İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Məqalədən belə aydın olur ki, İsrail hərbçiləri Qəzzanın cənubundakı ərazini patrul edirmiş və HƏMAS yaraqlıları ilə atışmaya başlayıblar. İsraillilər pilotsuz uçuş aparatlarından istifadə edərək bir qrup yaraqlının sığındığı binanın bir hissəsini dağıdıblar.

"Ara sakitləşəndən sonra əsgərlər binanı axtarmağa başladıqda, tapacaqlarını gözləmədikləri bir cəsəd aşkarlayıblar. Bu, İsrailin 7 oktyabr 2023-cü ildən bəri ovuna çıxdığı Yahya Sinvar imiş”, - nəşr yazır.

İsrail Yəhya Sinvarı 2023-cü il oktyabrın 7-də yəhudi dövlətinə qarşı HƏMAS-ın 1200-ə yaxın insanın ölümü, 240-a yaxın insanın girov götürülməsi ilə nəticələnən hücumunun əsas ilhamçısı və təşkilatçısı hesab edir. Dekabr ayında İsrailin baş naziri Benyamin Netanyahu təhlükəsizlik qüvvələrinə Yəhya Sinvar da daxil olmaqla HƏMAS liderlərini tapıb aradan götürməyi əmr edib.

Yəhya Sinvar avqust ayında Tehranda öldürülən İsmayıl Haniyəni əvəz edərək HƏMAS-ın rəhbəri olub. İsrail ordusu onun və qrupun digər iki üzvünün oktyabrın 16-da Qəzza zolağının cənubunda öldürüldüyünü bildirib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->