Xəbər lenti

NYT: İsrail ABŞ-dan 10 milyard dollar təcili yardım istədi
Dünya06:40 17.10.2023

NYT: İsrail ABŞ-dan 10 milyard dollar təcili yardım istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ştatlar İsrailə yardımın Ukrayna və Tayvana dəstək tədbirləri, həmçinin ABŞ-Meksika sərhədinin möhkəmləndirilməsi üçün vəsaitlə əlaqələndiriləcəyi paket hazırlayır. 
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, hazırda bu məsələyə qanunvericilikdə baxılır. Tel-Əviv ABŞ-dan 10 milyard dollar təcili yardım istəyib. Bu yardım ABŞ prezidenti Co Baydenin oktyabrın 18-də İsrailə səfəri zamanı müzakirə olunacaq. ABŞ Senatındakı əksəriyyət lideri Çak Şumer aydınlıq gətirib ki, söhbət Dəmir Günbəz raketdən müdafiə sistemi və dəqiq bombalar üçün sursat göndərilməsindən gedir.
"The New York Time” qəzetindəki müşahidəçilərin fikrincə, Co Baydenin İsrailə səfəri onun fiziki təhlükəsizliyinə ciddi təhlükə yaradır. "Baydenin mümkün səfəri ilk növbədə fiziki risklərlə doludur. Bundan əvvəl Antoni Blinkenin İsrailə səfəri zamanı orada hava hücumundan müdafiə sirenləri səslənib”, - deyə məlumatda bildirilir.
Alpər