Xəbər lenti

NYT: Ukrayna Kremennayanın azad edilməsinə yaxındır, bu, Donbasın qapısıdır
Dünya08:17 28.12.2022

NYT: Ukrayna Kremennayanın azad edilməsinə yaxındır, bu, Donbasın qapısıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna hərbçiləri Luqansk vilayətində Kremennayanın azad edilməsinə yaxınlaşır, şəhərin işğaldan azad edilməsi Ukrayna Silahlı Qüvvələrinə Donbasın sənaye mərkəzləri olan Severodonetsk və Lisiçanska gedən əsas yollara nəzarət etməyə imkan verəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə New York Times-ın materialında deyilir.
"Kremennaya yaxınlıqdakı iki daha böyük şəhərə, Donbasın mühüm sənaye mərkəzləri olan Severodonetsk və Lisiçanska açılan qapıdır.
Şəhərin və yaxınlıqdakı digər yaşayış məntəqələrinin ələ keçirilməsi Ukrayna qoşunlarının bölgədəki dayaq nöqtəsini genişləndirəcək və onlara Severodonetsk və Lisiçanska gedən əsas yollara nəzarət imkanı verəcək”, - qəzet yazır.
NYT xəbər verir ki, çərşənbə axşamı şəhər ətrafında döyüşlər gedib və Ukrayna qoşunları Kremennayanı azad etməyə yaxınlaşıb. Qəzetin yazdığına görə, eyni zamanda, ruslar bu müharibədə ən çox qazanılan nailiyyətlərdən birini qorumağa çalışırlar. Bir sıra geri çəkilmələrdən sonra rus hərbçiləri Kremennaya müdafiə sədləri altında mövqelərini möhkəmləndiriblər.
Alpər