Xəbər lenti

Nyu-Cersi Ştatı 31 mart soyqırımını tanıdı
Dünya10:45 26.03.2013

Nyu-Cersi Ştatı 31 mart soyqırımını tanıdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Nyu-Cersi Ştat Assambleyası 31 mart -  Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib. 

APA-nın verdiyi məlumata görə, qərarla 31 mart tarixi “Azərbaycan Anım Günü” elan edilib.

Qərar ABŞ-dakı türk və azərbaycanlıların təmsil olunduğu təşkilatların «Pax Turcica» kanalı vasitəsi ilə başladıqları kampaniya nəticəsində qəbul edilib. Nyu-Cersi Ştat Assambleyasının sədri tərəfindən imzalanmış qərarı Assambleyanın üzvü, Demokratlar Partiyasının nümayəndəsi Tomas Qiblin Amerika Azərbaycan Cəmiyyətinin (ASA) sədri Tomris Azəriyə təqdim edib.

Qərarda 1918-ci ilin martında 20 min dinc azərbaycanlının öldürülməsi ilə nəticələnən hadisələrinin insanlıq tarixində ən çox qınanılası vəhşiliklərindən olduğu vurğulanır.

Qeyd edək ki, bundan əvvəl, 2012-ci ildə Nyu-York Senatı da analoji qərar qəbul edib və bu ştat ABŞ-da 31 mart - Azərbaycanlıların Soyqırımı Gününü tanıyan ilk ştat olub. 

Qaynar.info