Xəbər lenti

Nyu York hakimiyyəti Trampın ittihamından sonra etirazların olacağını gözləyir
Dünya10:29 03.04.2023

Nyu York hakimiyyəti Trampın ittihamından sonra etirazların olacağını gözləyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nyu York Polis Departamenti ABŞ-ın keçmiş prezidenti Donald Trampın ittiham aktından sonra baş verə biləcək etirazlara "cavab verməyə hazırdır”.
Qaynarinfo bu barədə "The Hill”ə istinadən xəbər verir. Sayta bu barədə idarədən məlumat verilib.
Polis sözçünün jurnalistlərə verdiyi məlumata görə, hüquq-mühafizə orqanları "hazır vəziyyətə gətirilib və şöbə lazım gələrsə, cavab verməyə və hər kəsin öz hüquqlarını dinc şəkildə istifadə edə bilməsini təmin etməyə hazırdır”. Onun sözlərinə görə, hazırda "Nyu Yorkda bu işlə bağlı heç bir təhlükə əlaməti yoxdur”.
Qeyd edildiyi kimi, Tramp martın ortalarında tərəfdarlarını ona qarşı ittiham irəli sürüləcəyi təqdirdə etiraz etməyə çağırıb.
Tramp mühakimə olunan ilk ABŞ prezidentidir.
Alpər