Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə səbəbindən aeroportun terminallarının bəzisi bağlanıb. Su basması nəticəsində sərnişinlərin əşyaları islanıb, hava limanına elektrikin verilməsində fasilələr yaranıb.
Hadisə səbəbindən bəzi sərnişinlər yüklərini götürmədən oradan ayrılmaq məcburiyyətində qalıblar, bəzi reyslər ləğv edilib.
Qeyd edək ki, Nyu-York-Bakı aviareysi də bu səbəbdən yubanmışdı.