Xəbər lenti

Nyu-Yorkun məşhur göydələni 150 milyon dollara satılır
Dünya14:46 09.03.2019

Nyu-Yorkun məşhur göydələni 150 milyon dollara satılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nyu-Yorkun Manhattan bölgəsindəki 77 mərtəbəli Krisler binası 150 milyon dollara satılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb. Bildirilir ki, binanı RFR Holdinq və xarici tərəfdaşları almaq istəyirlər. Müzakirələrin bir neçə həftə davam etdiyi qeyd edilir.
Krisler binasının 90 faizi Əbu-Dabi hökumətinin investisiya fonduna, digər 10 faizi isə Tişman Speyer şirkətinə məxsusdur.
Krisler binası dünyanın ən məşhur binalarından sayılır. Əsas 1930-cu ildə qoyulub. Qüllə ilə birlikdə hündürlüyü 320 metrdir.