Nyu-York şəhərinin bir qrup sakini Ümumdünya Səhiyyə Təşkilatını məhkəməyə verib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, onlar təşkilatı Çinlə əlbir olub koronavirus epidemiyasının üstünü örtməkdə, virusa qarşı lazımi tədbirlər görməməkdə ittiham ediblər.
Bildirilib ki, ÜST vaxtında pandemiya vəziyyəti elan etməyib, səhiyyə işçilərinə hansı addımları izləmək lazım olduğunu bildirməyib, həmçinin Çinin virusla necə mübarizə aparmasını doğru şəkildə müşahidə etməyib.
Camal