"Nyukasl" "Lester"in futbolçusu Harvi Barnsla müqavilə imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, Barnsın transfer qiyməti ilə bağlı İngiltərə təmsilçiləri ilə razılığa gəlindiyi və 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalandığı bildirilib. Bu barədə klubdan rəsmi məlumat verilib.
İngiltərə mətbuatında yer alan xəbərlərə görə, bu mövsüm Çempionlar Liqasında mübarizə aparacaq "Nyukasl" Barns üçün 44 milyon avro ödəyəcək.
Bu il "Lester"in heyətində cəmi bir matçda iştirak edən Barns ötən mövsüm 13 dəfə qapı torlarını silkələyərək komandanın bombardiri olmuşdu.
Barns, Sandro Tonali və Yankuba Mintehdən sonra bu yay "Nyukasl"a transfer edilən üçüncü oyunçudur.
Səbuhi Həsənov
Şərhlər