Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA” marketlər şəbəkəsi 7-ci "Brand Award Azerbaijan” milli müsabiqəsinin qaliblərindən biri olub.
"Award Organizers Group”un təşkilatçılığı, Əqli Mülkiyyət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və "Caspian Energy Club”un dəstəyi ilə keçirilən müsabiqədə yerli korporativ, sosial, xidmət və məhsul brendləri iştirak edib. Qaliblər müstəqil beynəlxalq platformada keçirilən səsvermə nətcəsində müəyyən edilib. Səsvermənin nəticəsi olaraq finala çıxan 50 brend arasından "OBA” marketlər şəbəkəsi ikinci olub.
"OBA” marketlər şəbəkəsi müştərilərinə keyfiyyətli xidmət, geniş məhsul çeşidi və müasir alış-veriş təcrübəsi təqdim etməklə bazarda lider mövqeyə sahibdir. Şəbəkə təchizat zənciri və müştəri xidmətləri sahəsindəki yenilikçi yanaşmaları ilə fərqlənir. Bu mükafat "OBA”nın bazardakı nüfuzunun və müştəri məmnuniyyətinə verdiyi önəmin əyani sübutudur.
Qeyd edək ki, 7-ci "Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibi olan brendlər 2025-ci ilin sonunda baş tutacaq "Brand Award İnternational” beynəlxalq yekun müsabiqəsində iştirak etmək imkanı qazanır.
Şərhlər