Xəbər lenti

“Oba” 7 yaşını “7 igid - 7 gözəl” ilə qeyd etdi (FOTOLAR)
Ekonomiks09:23 06.03.2023

“Oba” 7 yaşını “7 igid - 7 gözəl” ilə qeyd etdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 4-də Gənclər və İdman Nazirliyi "İdman həftəsi” çərçivəsində 6 uşaq evinin iştirakı ilə şən startlar əyləncəli estafet yarışları təşkil edib.
Qaynarinfo xəbər verir ki, "7 igid - 7 gözəl” adlı estafet yarışlarının təşkilatı işlərində Veysəloğlu Şirkətlər Qrupu, "OBA” marketlər şəbəkəsi və "Xonça” şirniyyat evi könüllü iştirak edib və yarışmaçılara öz hədiyyələrini çatdırıblar. 
Azərbaycan Boks Federasiyasının idman zalında keçirilən yarışlarda 8-14 yaşlı oğlanlar və qızlar mübarizə aparıblar. Maraqlı mübarizə şəraitində keçirilən tədbirdə bütün uşaqlara sertifikatlar təqdim edilib. 
Məlumat üçün qeyd edək ki, "7 igid - 7 gözəl” estafet yarışına dəstək olan "OBA Market” MMC yaxın günlərdə fəaliyyətə başlamasının 7 illiyini qeyd edəcək. Şirkət bu yarışmaya dəstək olmaqla öz 7 yaşına da fərqli tərəfdən diqqət çəkib.