Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, Bakı Mühəndislik Universiteti (BMU) və "HBN Group”un birgə təşkilatçılığı ilə "CareerFest BEU 2025” adlı karyera festivalı keçirilib.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA” marketlər şəbəkəsinin də təmsil olunduğu festivalda dövlət qurumlarının, nüfuzlu şirkətlərin rəhbərlərinin, eləcə də ölkəmizdəki ali təhsil müəssisələrinin tələbə və məzunlarının iştirakı təmin olunub.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, gənclərin təhsili, məşğulluğu, karyera yüksəlişi və sosial rifahı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Prezident İlham Əliyev tərəfindən bu məqsədlə təsdiq olunmuş dövlət proqramları uğurla həyata keçirilir.
Veysəloğlu Şirkətlər Qrupunun İnsan Resursları direktoru Ziya Rəcəbov festivaldakı çıxışında bildirib ki, təmsil etdiyi şirkət ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə verən ən iri işəgötürənlərdən biridir. Təhsilə dəstək isə şirkətin korporativ sosial məsuliyyət istiqamətlərinin əsasını təşkil edir.
O, əlavə edib ki, Veysəloğlu Şirkətlər Qrupu gənclərə yalnız iş imkanı deyil, həm də davamlı inkişaf, peşəkarlaşma və karyera quruculuğu istiqamətində müxtəlif proqramlar, mentorluq xidmətləri, təlimlər və peşə öyrənmək imkanları təqdim edir.
Karyera festivalında "OBA Market” MMC-nin müvafiq vakansiyaları ilə bağlı 60-a yaxın namizədə işlə bağlı məlumat verilib.
Şərhlər