Xəbər lenti

“Obama ABŞ-ı zəiflətdi” - Şok iddia
Dünya10:58 16.09.2013

“Obama ABŞ-ı zəiflətdi” - Şok iddia

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerika Senatında təmsil olunan Respublikaçılar fraksiyasından prezident Barak Obamanın yürütdüyü xarici siyasətə sərt tənqidlər gəlməkdə davam edir.

Anspress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Amerikanın Arizona ştatından seçilən respublikaçı senator Con Makkeyn və Cənub Karolina ştatından Lindsey Graham, Obamanın yüksək pafosla təriflədiyi Suriyanın kimyəvi silahları ilə bağlı razılaşmanın mənasız olduğunu söyləyiblər.

Senatorların sözlərinə görə, ABŞ-la dost və düşmən olan ölkələr Rusiya ilə əldə olunan razılaşmanı ABŞ-ın zəifliyi kimi qələmə verəcək və bu, özünün nüvə layihəsini inkişaf etdirməyə çalışan İranı cəsarətləndirəcək.

Onların fikrincə, Suriya prezidenti Bəşər Əsədin bu müqavilə ilə razılaşmaqla dünyanı aldatmağa çalışır: “Əsəd ona verilən müddətdən istifadə edərək, 100 mindən çox adamın ölümünə və milyonlarla adamın qaçqın olmasına gətirib çıxaran vətəndaş müharibəsini dayandırmayacaq”.

Qaynar.info