Xəbər lenti

Obama ailəsində nə baş verir?
Dünya13:38 05.01.2014

Obama ailəsində nə baş verir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Barak Obama həyat yoldaşı Mişelə qeyri-adi Yeni İl hədiyyəsi edib. Belə ki, prezident B.Obama öz xanımına Havay adalarında dostları ilə istirahət etməyə icazə verib. Və məzuniyyətini bitirən prezident onu Havay adalarında dostlarıyla yalqız buraxaraq, geri dönüb. Bu barədə Associated Press agentliyi Ağ Evdəki mənbəyə istinadən məlumat verib. 

ABŞ prezidentinin nümayəndəsi bildirib ki, birinci ledi - Mişel Obama son iki həftə ərzində dincəldikləri Havay adalarından əri və onların iki qızları ilə birlikdə evə qayıtmaq əvəzinə bu kurort məkanında qalıb. 

Musavat.com-un Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə, Obama ailəsi son dövrlərdə daha çox fərqli səbəblərlə gündəmə gəlməyə başlayıb. Agentlik qeyd edir ki, iki həftəlik məzuniyyət zamanı prezident Obama dəfələrlə qolf oynayıb və dəbdəbəli məclislərə qatılıb. 

2013-cü il dekabrın sonunda amerikalı jurnalistlər prezident Obamanın öz həyat yoldaşı ilə münasibətlərində ixtilaf yaşadığından şübhələnmişdilər. Amerikalı tabloid National Enquirer adının açıqlanmasını istəməyən mənbəyə istinad edərək, prezidentin və onun həyat yoldaşının hazırda müxtəlif otaqlarda yaşadıqlarını iddia etmişdi.

Bundan başqa, onların arasında guya mümkün boşanma variantı da artıq ciddi şəkildə müzakirə olunur. 

Qaynar.info