ABŞ hakimiyyəti Ayova ştatında ABŞ prezidenti Co Bayden, keçmiş lider Barak Obama və Facebook (indiki Meta) sosial şəbəkəsinin qurucusu Mark Zukerberqi öldürmək üzrə olan silahlı şəxsi həbs edib.
Qaynarinfo xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Səlahiyyətlilərin bildirdiyinə görə, Kaliforniyada 25 yaşlı supermarket işçisi Kuaçua Briyon Syun ötən cümə axşamı saxlanılıb və hazırda həbsdədir. Polislər həmin şəxsin avtomobilindən AR-15 tüfəngi, döyüş sursatı, dolu maqazinlər, gülləkeçirməz jilet və ilk tibbi yardım dəstləri aşkar ediblər.
Müstəntiqlər həmin adamdan öyrəniblər ki, o, öldürmək niyyətində olduğu pis adamların siyahısını tərtib edib. Kanal xəbər verir ki, bu siyahıda Bayden, Obama və Zukerberqdən başqa ABŞ-ın baş yoluxucu xəstəliklər üzrə mütəxəssisi Entoni Fauçinin də adı var.
Alpər