
ABŞ mətbuatı ölkə prezidenti Barak Obamanın beyin xərçəngi olduğu ilə bağlı şok iddia ortaya atıb.
Qaynar.info-nun məlumatına görə, iddianı ortaya atanların fikrincə yaxşı basketbol həvəskarı olan Obama Pasxa bayramında atdığı 22 atışdan yalnız 2-ni səbətdən keçirə bilib.
Başqa bir iddiaya görə, Obama zaman-zaman yeriyərkən özünü itirir və bəzən də gözləri qaralır.
Qeyd edək ki, ABŞ-da vəzifədə olan prezidentlərin səhhətləri dövlət sirri hesab olunur və ictimaiyyətə açıqlanmır.
Qaynar.info