Xəbər lenti

Obama bir çıxışa görə rekord məbləğ alacaq
Dünya18:10 20.09.2017

Obama bir çıxışa görə rekord məbləğ alacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabiq ABŞ prezidenti Nyu Yorkun maliyyə mərkəzi "Wall Street"də çıxışına görə rekord miqdarda ödəniş alacaq.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Cantor Fitzgerald" bankı tərəfindən təşkil edilən tədbirdə Obama çıxış edəcək və hakimiyyəti dövründə qəbul edilən "Obamacare" səhiyyə islahalatı barədə danışacaq. Barak Obama hazırki prezident Donald Trampın ləğv etməyə çalışdığı sistem üzərində işləyir və bu barədə məlumat verəcək. Sabiq prezident çıxışına görə 400 min dollar pul alacaq.

Qeyd edək ki, Obama hakimiyyəti Trampa təhvil verəndən sonra ABŞ, İtaliya, Almaniya, Şotlandiya, Kanada, İndoneziya, Cənubi Koreyada ödəniş qarşılığında bir çox çıxışlar edib.

Gülşən

Qaynarinfo.Az