
ABŞ və Türkiyə prezidentləri Barak Obama ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Virtualaz.org Türkiyə KİV-ə istinadən bildirir ki, B.Obama türkiyəli həmkarına zəng edib.
ABŞ prezidenti İstanbulun Atatrük Hava Limanında törədilən terror aktında həlak olanlarla əlaqədar R.T.Ərdoğana başsağlığı verib.
Məlumata görə, ABŞ lideri İstanbulda törədilən terroru qəti şəkildə qınayıb.
Xatırladaq ki, son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 41 nəfərə çatdığı, 239 nəfərin isə yaralandığı bildirilir. Ölənlər arasında Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Tunis, Özbəkistan, İran, İordaniya və Ukrayna vətəndaşları var.
İlkin məlumatlara görə, terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.
Qaynarinfo.az