
Amerika prezidenti Barak Obama çətin ki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rəsmi görüş keçirə bilsin.
Virtualaz.org xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.
Onun sözlərinə görə, cümə axşamı-cümə günləri ABŞ prezidenti Vaşinqtondakı nüvə təhlükəsizliyi sammitində çox məşğul olacaq.
«Dünya liderləri burda cəmi iki gün qalacaqlar və onlar 50 nəfərdirlər. Aydındır ki, bu, prezidentə hamı ilə görüşmək imkanı verməyəcək», - Ernest belə deyib.
Xatırladaq ki, bir qədər öncə Ərdoğanın Obama ilə qeyri-formal görüş keçirəcəyi bildirilmişdi.
Qaynar.info