Xəbər lenti

Obama Haaqada Putini hədələdi
Dünya21:10 25.03.2014

Obama Haaqada Putini hədələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Putin daha da irəli getsə, Rusiyanı çökdürəcəyik“

ABŞ Prezidenti Barak Obama Rusiyanı Ukraynada daha da irəli getməməsi barədə xəbərdar edib.

Qaynar.info Axar.az-a istinadən xəbər verir ki, Barak Obama Putinin işğal siyasətini davam etdirəcəyi təqdirdə enerji və maliyyə sektoruna məhdudiyyətlər qoyulacağını və silah embarqosu tətbiq edəcəklərini bildirib. 

Hollandiyanın Haaqa şəhərində keçirilən nüvə sammitindən sonra mətbuat konfransı keçirən Obama Rusiya və Ukrayna arasındakı böhranın görüşlər keçirməklə həll etməyin lazım olduğunu vurğulayaraq, Ukrayna hakimiyyətinin tutduğu diplomatik yol variantını təqdir edib.

Obama daha sonra qeyd edib ki, Rusiyanın diplomatik yolla məsələni həll etməməsi əlavə problemlərlə üzləşməsinə səbəb olacaq və iqtisadiyyatının tamamilə çökməsinə gətirib çıxaracaq. 

Qaynar.info