
ABŞ prezidenti Barak Obama İsrailə edəcəyi səfəri təxirə sala bilər.
Qaynar.info-nun məlumatına görə, İsrailin "Channel 10" kanalı məlumat yayıb.
Kanalın yaydığı məlumatda bildirilir ki, Obama İsrail baş naziri Binyamin Netanyahuya iki həftə ərzində yeni hökumət formalaşdırmağı tapşırıb. Əks təqdirdə ABŞ prezidenti İsrailə səfərini təxirə salacağını deyib.
Netanyahunun da martın 16-na qədər hökumət quracağı inandırıcı görünmür. Kanal bu səfərin yalnız martın 21-dən sonra baş tuta biləcəyini bildirib.
Qaynar.info