Xəbər lenti

Obama Kerrini Putinlə danışıqlara göndərir
Dünya19:22 15.03.2016

Obama Kerrini Putinlə danışıqlara göndərir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ dövlət katibi Con Kerri növbəti həftə Rusiyaya rəsmi səfər edəcək.
Bunu jurnalistlərə dövlət katibi özü deyib.
Dövlət Departamentindən verilən məlumata görə, bu, C.Kerrinin martın 21-22-də Kubaya planlaşdırılan səfərindən sonra reallaşacaq. Məlumatda o da xüsusi vurğulanır ki, Kerri Moskvaya prezident Vladimir Putinlə görüşmək üçün gedir.
Dövlət katibi hesab edir ki, indi Suriya münaqişəsini bitirmək, Ukrayna məsələsini aktuallaşdırmaq və ikitərəfli bir çox məsələləri çözmək üçün ən münasib vaxtdır. (Virtualaz.org)
Qaynar.info