
Obama prezident maaşının 5 faizindən imtina edib.
ABŞ prezidentinin martın əvvəlində tətbiqinə başlayan və minlərlə işçisinin istirahətə göndərilməsinə səbəb olan avtomatik büdcə kəsintiləri səbəbilə bu qərarı verdiyi bildirilib.
Ağ Ev rəsmiləri ABŞ mediasına verdikləri açıqlamada Obamanın hökumət işçilərinin fədakarlığını dəstəkləmək üçün il boyu aylıq maaşının 5 faizini büdcəyə geri göndərəcəyini bildiriblər.
Obama ildə 400 min dollar maaş alır. Bu maaşın 5 faizi isə ayda 1650 dollara yaxın edir.
Qaynar.info