
ABŞ prezidenti Barak Obama Nelson Mandelanın vəfatı ilə bağlı açıqlama verib.
Qaynar.info xəbər verir ki, sözlərinə Mandelanın demokratik və azad cəmiyyətə dair sözləri ilə başlayan Obama Mandelanı bu ideyaları həqiqətə çevirdiyini qeyd edib.
Mandelanın bir insandan gözlənilə biləndən daha artığını bacardığını deyən Obama, "Bu gün o evinə getdi bə biz bu dünyadakı ən cəsur və son dərəcə yaxşı bir insanı itirdik. O, artıq sadəcə bizim zamanımıza aid deril, həm də bütün dövrlərə aid bir insandır" deyib.
Başqalarının azadlığı üçün öz azadlığından imtina edən Mandelanın Cənubi Afrikanı dəyişdirdiyini və hər kəsi ayağa qaldırdığını deyən prezident Mandelanın onu həbsə atanlarla belə razılığa gəlməsinin bütün insanlığa bir dərs olduğunu bildirib: "Mən də Nelson Mandelanın həyatından ilham alan milyonlarla insandan biriyəm. Mənim ilk siyasi aksiyam irqçilik əleyhinə olmuşdu. Onun sözləri və yazılarını işlədim. Onun həbsdən buraxıldığı gün qorxuların deyil, ümidlərin rəhbərlik etdiyi zaman insanlığın nə edə biləcəyini anladım. Dünyadakı bir çox insan kimi mən də Nelson Mandelanın yaratdığı örnək olmadan öz həyatımı bütövlüklə təsəvvür edə bilmirəm. Yaşadığım müddət ərzində ondan öyrənməyə davam edəcəyəm".
Qaynar.info