Xəbər lenti

Obama məhkəməyə verilir
Dünya08:52 21.09.2013

Obama məhkəməyə verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın keçmiş agent Edvard Snoudeni axtarmaq üçün Venesuela prezidenti Nikolas Maduronun təyyarəsini saxlamasından sonra iki ölkə arasında yeni qalmaqal baş verib.

Qaynar.info
xəbər verir ki, Venesuela xarici işlər naziri Elias Jaua prezident Maduronun təyyarəsinin Çinə səfər etmək üçün Porto-Riko hava məkanından istifadə etmək istədiyini, lakin buna icazə verilmədiyini deyib.

Hadisədən sonra Boliviya prezidenti Evo Morales də müttəfiqi Venesuelanın tərəfini saxlayaraq, ABŞ-ı ittiham edib.

Morales ABŞ prezidenti Barak Obamanı beynəlxalq hüquqa zərbə vuran bir cinayətkar adlandıraraq onu məhkəməyə verəcəklərini deyib.

Boliviya prezidenti eyni zamanda Latın Amerikası və Karid dənizi Ölkələri Birliyini təcili toplanmağa və ABŞ-dakı nümayəndələrini geri çağırmağa səsləyib.

Qaynar.info