Xəbər lenti

Obama onu Azərbaycana səfir göndərəcək
Siyasət05:06 09.07.2014

Obama onu Azərbaycana səfir göndərəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 8-də Ağ Ev elan edib ki, Azərbaycana növbəti ABŞ səfiri olaraq Robert Cekutanın namizədliyini irəli sürmək niyyətindədir.

Qaynar.info AzadlıqRadiosuna istinadla xəbər verir ki, Cekuta hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavini işləyir.

O, əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.

2012-ci ilin iyunundan ABŞ-ın Azərbaycandakı səfiri olan Robert Morningstarın səlahiyyət müddəti bu yay başa çatır.

Cekutanın namizədliyini ABŞ Senatının təsdiqləməsi lazımdır. 

Qaynar.info