Xəbər lenti

Obama onu təhqir edən Filippin prezidenti ilə görüşdü
Dünya19:39 07.09.2016

Obama onu təhqir edən Filippin prezidenti ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Barak Obama Laosda filippinli həmkarı Rodriqo Duterte ilə görüşüb.
ABŞ və Filippinin dövlət başçıları ABŞ-ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) sammitində iştirak edirlər.

Bundan əvvəl Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ned Prays görüşün baş tutmayacağını bildirmişdi.

Çində keçirilən “G-20” sammitində Obama Filippində insanların məhkəmənin qərarı olmadan ölüm cəzasına məhkum edilmə hallarını pisləmişdi. Buna cavab olaraq Filippin prezidenti Barak Obamanın ünvanına təhqiramiz ifadələr işlədib, sonra isə üzr istəmişdi.(APA)

Qaynarinfo.Az