
ABŞ prezidenti Barak Obama müsəlman olduğuna dair iddialara cavab olaraq bildirib ki, onun keçmiş müsəlmanlığından və müsəlman ailəsinə mənsub olmasından artıq heç bir əsər-əlamət qalmayıb.
Ağ Evin Müxbirlər Dərnəyinin şam yeməyinə qatılan Barak Obama müsəlman və sosialist olmasına dair iddiaların xatırladılmasına münasibət bildirib. “Bu gün güzgüyə baxdıqda etiraf etməliyəm ki, bir zamanlar olduğum gənc müsəlman sosialistə artıq bənzəmirəm. Zaman keçir. Saçınız ağarır”, - deyə Obama bildirib.
Obama müsəlman və sosialist olmadığını, lakin, aradan illərin keçməsindən sonra təqaüdə çıxan qolfçu olduğunu bildirib. //deyerler.org
Qaynar.info