Xəbər lenti

Obama Səudiyyə Ərəbistanına gedəcək
Dünya16:22 16.03.2016

Obama Səudiyyə Ərəbistanına gedəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Barak Obama terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə məsələlərini müzakirə etmək üçün bu il aprelin 21-də Səudiyyə Ərəbistanına səfər edəcək.

Bunu ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bildirib.

"O, Körfəz dövlətləri Əməkdaşlıq Şurası (Bəhreyn, Küveyt,Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi - red.) liderlərinin zirvə tolantısında iştirak edəcək", - deyə Ağ Evin təmsilçisi vurğulayıb.

Məlumata görə, bu forum Səudiyyə Ərəbistanı kralı Salamnın başçılığı altında region dövlətləri ilə ABŞ-ın əməkdaşlığına həsr ediləcək. (report.az)

Qaynar.info