Xəbər lenti

Obama söz verdi
Dünya17:50 07.01.2014

Obama söz verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Prezidenti Barak Obama Misirdə xristianların müdafiəsi üçün mümkün olan hər şeyi edəcəyini söz verib. Trend İTAR-TASS-a istinadən məlumat verir ki, bu barədə Prezidentin Milad bayramı münasibətilə Birləşmiş Ştatlarda və bütün dünyada pravoslav xristian-koptlara müraciətində bildirilir.

Müraciətdə qeyd olunur: "Biz ABŞ-ın Misirdə və bütün dünyada xristianların və digər dinlərin nümayəndələrinin müdafiəsinin təmin edilməsi üzərində işləmək səylərini dəstəkləyirik".

Qeyd edək ki, ötən illərdə Misirdə xristianlar, xüsusilə koptlar dəfələrlə təqibə məruz qalıblar. "Beynəlxalq amnistiya" təşkilatının məlumatına görə, bu vaxtadək ölkədə müxtəlif xristian icmalarına məxsus 43 məbəd dağıdılıb, 200 tikili basqına məruz qalıb.

Qaynar.info