Xəbər lenti

Obama terrorla bağlı xalqa müraciət etdi
Dünya04:22 16.04.2013

Obama terrorla bağlı xalqa müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Barak Obama Bostondakı partlayışlardan sonra xalqa müraciət edib. Lenta.ru-nun verdiyi məlumata görə, o, amerikalıları nəticə çıxarmaqda tələsməməyə çağırıb və bəyan edib ki, partlayışın təşkilatçılarının kimliyi, eləcə də, motivi hələlik məlum deyil. Barak Obama söz verib ki, partlayışa görə məsuliyyət daşıyanlar tapılacaq və cəzalandırılacaq.

Qeyd edək ki, yerli vaxtla saat 14.50-də Boston marafonunun yekun mərhələsində iki partlayış baş verib. Partlayışlar arasında 20 saniyəlik fərq olub.

Boston marafonu 1897-ci ildən keçirilir. Bu il aprelin 15-də marafonu yarım milyona yaxın adam izləyib. //ANS PRESS