Xəbər lenti

Obama Vyetnamda istirahət edəcək
Dünya16:00 23.05.2016

Obama Vyetnamda istirahət edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Barak Obama təqaüdə çıxdıqdan sonra istirahət üçün ailəvi şəkildə Vyetnama getmək niyyətindədir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət başçısı Vyetnamın paytaxtı Hanoy şəhərində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Təəssüf ki, Vyetnama səfərim daha əvvəl baş tutmayıb. Bəlkə də bütün amerikalılar kimi deməliyəm ki, biz bütün yaxşı şeyləri sonraya saxlayırıq. Təəssüf ki, görüşlərin çoxluğundan mən bu ölkəni daha yaxından tanıya bilmədim. Təqaüdə çıxandan sonra həyat yoldaşım və uşaqlarımla burada daha çox vaxt keçirəcəyik, doyunca gəzəcəyik, Vyetnamın bütün milli yeməklərinin dadına baxacağıq", - deyə B.Obama vurğulayıb.
Qaynarinfo.az