
Ağ Ev Türkiyədə baş verən hadisələrlə bağlı növbəti açıqlamasını yayıb.
Qaynar.info-nun məlumatına görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Laura Lukas tərəfindən yayılan bəyanatda, "Dinc nümayişlər demokratiyanın göstəricisidir. Təhlükəsizlik qüvvələrinin səbrli davranmasını və bütün tərəflərin sakitliyin yaradılması üçün şərait yaratmasını gözləyirik" deyilib.
Lukas bundan əvvəl də Taksimdəki hadisələrlə bağlı yaydığı bəyanatda dinc xalq nümayişlərinin demokratiyanın bir hissəsi olduğunu bildirmişdi.
Qaynar.info