Xəbər lenti

Obamanı Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırdılar
Dünya06:14 11.04.2013

Obamanı Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ ştatı prezident Obama və Konqresi Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağıran qətnamə qəbul edib.

ABŞ-ın Men ştatının (STATE OF MAINE) qanunverici orqanı qətnamə qəbul edərək ABŞ prezidenti və Konqresini Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin müstəqilliyini tanımağa çağırıb.

APA-nın Men ştatının qanunverici orqanının rəsmi saytına istinadən yaydığı məlumata görə, qətnamənin təşəbbüskarı konqresmen Skott Hamanndır. Ona bu təşəbbüsdə Nümayəndələr Palatasının üzvləri Endrü Qattin və Saqa Qideon dəstək verir.

Qeyd edək ki, analoji qətnamələr bundan əvvəl Massaçusets və Rod-Aylend ştatları tərəfindən qəbul olunub.

Qaynar.info