Xəbər lenti

Obamanın canı bu qadına əmanət edildi
Dünya08:31 27.03.2013

Obamanın canı bu qadına əmanət edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidentlərini qorumaq üçün 148 il əvvəl qurulan Gizli Xidmətə ilk dəfə qadın rəhbər təyin edilib. 

Qaynar.info-nun məlumatına görə, 4 min agentin işlədiyi və yeganə vəzifələri ABŞ prezidenti Barak Obamanı qorumaq olan xidmətin rəhbərliyinə 53 yaşlı Culiya Pierson gətirilib. 

Gizli Xidmətin keçmiş rəhbəri Mark Sullivan ötən il baş verən seks qalmaqalından sonra istefa vermişdi. 

Qeyd edək ki, 1865-ci ildə Maliyyə Nazirliyinin tərkibində yaradılan və saxtakarlara qarşı mübarizə aparan Gizli Xidmət 1901-ci ildə ABŞ prezidenti Uilyam Makkinliyə qarşı həyata keçirilən sui-qəsddən sonra Ağ Evi qorumağa başlayıb. 

Qaynar.info