Xəbər lenti

Obamanın gey sponsoru pedofil kimi həbs edildi
Dünya07:45 23.11.2014

Obamanın gey sponsoru pedofil kimi həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Demokrat partiyasının üzvü, məşhur homoseksual fəal Terri Bin pedofiliya ittihamı ilə həbs edilib. Avropa.info xəbər verir ki, o, Barak Obamanın prezident olması seçki kampaniyasında vəsait toplamaqla tanınıb. 

66 yaşlı Bin 15 yaşlı oğlana cinsi xarakterli hərəkətlər etməkdə ittiham olunur. İttiham üzrə Binin həmcins dostu Kiya Louson da həbs edilib. Yerli qəzetlərin verdiyi xəbərə görə onu ifşa edən dostu ilə arasındakı qalmaqalı 40 min dollara həll etməyə çalışıb.

Obamanın ikinci dəfə ABŞ prezidenti seçildiyi 2012-ci il seçkilərində Bin 500 min dollar toplaya bilmişdi. O, dəfələrlə prezidentlə birgə mərasimlərdə iştirak edib. Obama hətta çıxışlarının birində seçki kampaniyasına verdiyi dəstəyə görə homoseksual sponsorunun xüsusi əməyini vurğulayıb. 

Qaynar.info