Xəbər lenti

Obamanın küçüyü qızı yıxdı - VİDEO
Dünya06:46 05.12.2013

Obamanın küçüyü qızı yıxdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sən pis itsən, Sanni! Sən isə qorxma, əzizim. Yaxşısanmı, özünü necə hiss edirsən?!"

Sanni adlı küçüyünün xaltasından dartan Mişel Obama yerə yıxılmış sarışın, qıvrımsaçlı qızı ayağa qaldırandan sonra bağrına basdı.


Ağ Evdə "ciddi insident" baş verib.

ABŞ prezidenti Barak Obamanın ailəsinin saxladığı küçüklərdən biri Ağ Evdə keçirilən ənənəvi bayrama gəlmiş balaca qızı yıxıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, Ağ Evdə hər il keçirilən, Milad və Yeni İl bayramları ilə bağlı olan yolka şənliyinə bu dəfə də çoxlu uşaq dəvət olunmuşdu.

Yüzlərlə körpə amerikalı hərbçilərin uşaqlarıdır.
Balaca Eştin Qardnerin də atası hərbiçidir.

O, Ağ Evdəki yolka şənliyində əylənmək, hədiyyəsini almaq istəyirdi. Şirniyyat və hədiyyələr düzülmüş masanın kənarında durmuş uşaqlara Mişel Obama yaxınlaşıb, onları təbrik etməyə başlayıb.

Ağ Evin konditerlərinin hazırladıqları çeşid-çeşid şirniyyat da balacaları gözləyirdi. 2 yaşlı Eştin hədiyyəsini və şirniyyatını almaq istəyəndə Mişel Obamanın yanında durmuş Sanni balaca sarışını qabaqlamaq istəyib, irəli atılıb.

Küçük dartılanda onun əlləri Eştinə dəyib, qızcığaz yıxılıb. Eştin yıxılan kimi onu Mişel Obama qaldırıb və bağrına basıb.


Qaynar.info