
ABŞ prezidenti Barak Obamanın dünən getdiyi Stokholm səfərində qalmaqal baş verib.
Qaynar.info xəbər verir ki, prezidentin qaldığı Grand Hotelin 100 metrliyində yerləşən Hilton Otelinin ayaqyolundan istifadəyə hazır tapança tapılıb.
Aparılan araşdırma nəticəsində tapançanın polis məmuruna aid olduğu ortaya çıxıb.
Stokholm polisi tapançanın polis nəfərinə aid olmasına baxmayaraq hadisə ilə bağlı istintaqa başlayıb.
Qaynar.info